Sankt-Peterburqda Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU

Sankt-Peterburqda Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU

Hazırda oxunan: Sankt-Peterburqda Azərbaycan konsulunun yanında söyüş söydü – HƏBS OLUNDU

250652

Sankt-Peterburqun Petroqradskiy Rayon Məhkəməsi ictimai yerdə kobud söyüş söyən bir şəxsə iki sutka inzibati həbs cəzası verib.

Bizim.Media “fontanka.ru”ya istinadən xəbər verir ki, hadisə 20 may axşam saatlarında şəhərin mərkəzi Böyük Zeleninaya küçəsində baş verib.

Hüquq-mühafizə orqanlarının və məhkəmə qurumlarının birgə yaydığı məlumata görə, adı açıqlanmayan bir kişi, 38 nömrəli binanın yaxınlığında yerləşən ərazidə açıq şəkildə nalayiq ifadələr işlədib və yüksək səslə söyüş söyərək ətrafdakıların narahatlığına səbəb olub. Hadisə yerindən keçən Azərbaycanın Sankt-Peterburqdakı konsulu Rəhim Rəhimzadə həmin şəxsin bu davranışını görərək ona irad bildirib və ictimai qaydalara əməl etməyə çağırıb.
 

Lakin hüquq pozucusu konsulun iradını tamamilə nəzərə almayıb və qeyri-etik davranışını davam etdirib. Konsulun rəsmi şəxs olması və qonşu dövlətin nümayəndəsi kimi çıxış etməsinə baxmayaraq, şəxs onun sözlərinə əhəmiyyət verməyib. Bu, məhkəmənin qeyd etdiyi kimi, "cəmiyyətin əmin-amanlığına və ictimai qaydalara demonstrativ hörmətsizlik" kimi qiymətləndirilib.


Saxlanılan şəxs məhkəmə qarşısında öz günahını etiraf edib və peşmançılıq ifadə edib. Onun bu davranışı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin "xırda xuliqanlıq" maddəsi ilə qiymətləndirilib. Nəticədə məhkəmə onu 2 sutka inzibati həbs cəzası ilə cəzalandırıb.

Məhkəmə hökmü verildikdən sonra kişi birbaşa məhkəmə zalından inzibati cəza yerinə çatdırılıb. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO