Ermənilər Qarabağa görə yapon qızını ölümlə təhdid etdilər

Ermənilər Qarabağa görə yapon qızını ölümlə təhdid etdilər

Hazırda oxunan: Ermənilər Qarabağa görə yapon qızını ölümlə təhdid etdilər

2501

Uzaq Amerika qitəsində Qarabağ qələbəsinə bizim qədər sevinən, ürəyi hər zaman Azərbaycanla döyünən Andrea Hiromi də var. 100 min erməninin, cəmi 5 nəfər azərbaycanlının yaşadığı Braziliyada gecə-gündüz demədən illərdir ölkəmizin tanıdılması, Dağlıq Qarabağ gerçəklərini çatdırmaqla məşğuldur.

Yaponiyada doğulub, Braziliyada yaşayan Andrea Azərbaycanın qələbəsini ömrünün ən xoşbəxt günü adlandırır.

Bu münasibətlə özünün yaratdığı, bir neçə dildə yazılar yerləşdirdiyi “Azeri Nation” səhifəsində Azərbaycanın bütöv xəritəsini paylaşıb:

“Bir aydan çoxdur ki, özümü Azərbaycanda hiss edirəm. Qələbə xəbərlərinə ürəkdən sevinir, torpaqlarının azadlığı ugrunda şəhid olan əsgərlərimizə, mülki insanlarımıza görə göz yaşı tökürəm”.

Deyir ki, braziliyalılar ermənilərin təbliğatı əsasında elə bilirlər ki, Azərbaycan Ermənistan torpaqlarını işğal edib:

“Məni burda ermənilər ölümlə təhdid edirlər. Axşam evə gələndə qabağımı maşınla kəsib dedilər ki, “bilirsən də burada kimisə öldürmək elə də çətin məsələ deyil, sən Qarabağ və ermənilər barədə yalan məlumatlar yayırsan, bunun cavabını alacaqsan”.

"Amma mən qorxub eləmirəm, ömrümün son gününə qədər Azərbaycanın haqq səsini yaymaqla məşğul olacam”.

Andrea Hiromi keçən il Azərbaycanda olub. Deyir ki, indi ən böyük arzum işğaldan azad olunan Azərbaycan torpaqlarına gəlmək, Şuşanı ziyarət etməkdir.

Ağanisə Sultan, Bizim.Media     
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO