Keçən il Frankfurtdan Sevilyaya uçan “Lufthansa” təyyarəsində baş vermiş hadisənin təfərrüatları məlum olub.
Bizim.Media xəbər verir ki, təyyarənin kapitanının ayaqyoluna getməsindən və ikinci pilotun huşunu itirməsindən sonra 200 sərnişinin 10 dəqiqə pilotsuz uçduğu məlum olub.
Ötən ilin fevralında Frankfurt-Sevilya reysini həyata keçirən “Lufthansa Airbus A321” təyyarəsi fəlakətdən çətinliklə xilas olub.
Kapitan ayaqyolunda olarkən ikinci pilotun kabinədə huşunu itirməsi nəticəsində 200 sərnişinin həyatı riskə atılıb. Təyyarənin təxminən 10 dəqiqə pilotsuz uçduğu hadisənin təfərrüatları İspaniya Mülki Aviasiya Qəzaları və İnsidentləri Araşdırma Komissiyasının (CIAIAC) dərc etdiyi hesabatda açıqlanıb.
Təyyarədə 199 sərnişin və 6 ekipaj üzvü olub. Uçuş boyu heç bir problem yaşanmayıb. Lakin hər şey birdən-birə kapitanın kabini tərk edərək ayaqyoluna getməsi və köməkçi pilotun qəfil huşunu itirməsi ilə başlayıb.
Kapitan geri qayıdanda qapının bağlı olduğunu görüb.
O, ikinci pilotla əlaqə qurmaq üçün qapının kodunu beş dəfə sınayıb, lakin uğursuz olub. Köməkçi pilotla digər əlaqə vəsitələri də uğursuz olub.
Vəziyyətin ciddiliyini dərk edən kapitan təcili fövqəladə vəziyyət protokolunu işə salıb. Bir az sonra ikinci pilot özünə gəlib və qapını aça bilib. Daha sonra 38 yaşlı köməkçi pilotun huşunu itirdiyi məlum olub. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:25 / 19.05.2025
Kapitan ayaqyoluna getdi, köməkçi pilot huşunu itirdi - 200 sərnişin pilotsuz uçdu
Hazırda oxunan: Kapitan ayaqyoluna getdi, köməkçi pilot huşunu itirdi - 200 sərnişin pilotsuz uçdu
Hazırda oxunan: Kapitan ayaqyoluna getdi, köməkçi pilot huşunu itirdi - 200 sərnişin pilotsuz uçdu
250051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.