Lavrov və Rubio Ukrayna ilə danışıqları MÜZAKİRƏ ETDİLƏR

Lavrov və Rubio Ukrayna ilə danışıqları MÜZAKİRƏ ETDİLƏR

Hazırda oxunan: Lavrov və Rubio Ukrayna ilə danışıqları MÜZAKİRƏ ETDİLƏR

249871

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lacrov və və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər ötən gün İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələrini müzakirə ediblər. Rubio Vaşinqtonun Ukraynadakı münaqişənin həllinə yardımçı rolunu oynamağa davam etməyə hazır olduğunu vurğulayıb.

Bundan əlavə, o, hərbi əsirlərin mübadiləsi və tərəflərin atəşkəsə nail olmaq üçün lazım olan şərtlərlə bağlı anlaşma sənədinin hazırlanmasına dair razılaşmaları alqışlayıb.

Lavrov Rusiyanın ABŞ-la nizamlanma üzrə işi davam etdirməyə hazır olduğunu təsdiqləyib. Həmsöhbətlər Rusiya ilə ABŞ arasında təmasların davam etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO