Gözəllik müxtəlifdir, bir kimsəni gözəl, ya da çirkin olaraq təsnifat edə biləcək müəyyən bir xüsusiyyət yoxdur. Bütün insanların fərqli obrazları, ideyaları və bacarıqları olduğu kimi müxtəlif bədən xüsusiyyətlərinin də olduğunu bilməliyik.xa0
Moderator.azxa0bu dəfə ənənəvi gözəllik meyarlarını dəyişən və gözəlliyin əslində daxildə olduğunu sübut edən qadınları təqdim edir:xa0
xa0
xa0“Biz qüsurlarımızla da gözəlik" deyən və bunu bütün dünyaya səslənərək sosial mediadan hekayələrini bölüşən bu gözəl qadınlar bütün həmcinslərinəxa0 ilham və ruh aşılayır.
1.Ehlers-danlos sindiromuxa0

Ehlers danlos sindromu adı verilən vəxa0 nadir görülən genetik xəstəliyə sahib Sara Geurts görünüşü haqqında fərqliliyi nümayiş etdirmək üçün modellik edir. 27 yaşındakı model bu sindromun bədənində necə ortaya çıxdığını göstərmək üçün də sosial mediadan istifadə edir. Sarah zamanla dərisinin gözəl və bənzərsiz olduğunu mənimsədiyini və xəstəliyinə məhəl qoymayaraq ona meydan oxuduğunu deyir.xa0
2.Ektodermal displaziyaxa0

Almaniyada yaşayan 26 yaşındakı bu modelə ektodermal displaziya adı verilən vəxa0 nadir görülən genetik pozuntu diaqnozu qoyulub. Gənc qadın pozitiv dünyagörüşü və fotoya duyduğu sevgi sayəsində özü kimi olan minlərlə insana ilham mənbəyi olub. Reklam şirkətləri ilə çalışan Ilka Brühl “Uşaqlığımda bütün dostlarım tərəfindən ələ salındım, ancaq indi bütün markalar mənimlə işləmək istəyir, illüziyalarımdan imtina etməməyi öyrəndim” deyə danışır.
xa0
3. Doğuş ləkəsixa0

Bir çox insan doğuş ləkələri səbəbindən ələ salınır və bu ləkələrdən xilas olmaq üçün əməliyyat masasına yatır. Amma gözəl bir rəqqasə olan Kassandra gözünün altında olan doğuş ləkəsini mənimsəyib və bu ləkə ona reklamın qapılarını açıb.
xa0
xa04. Vaardenburg sindromuxa0

Stef Sanjati irsi bir genetik mutasiya olan Vaardenburg sindromu haqqında bir video material hazırladıqdan sonra məşhurlaşıb. Bu vəziyyət karlıq, fərqli dərəcələrdə struktur qüsurlar və piqmentasiya dəyişiklikləri ilə xarakterizə edilir. Bu vəziyyətə malik insanlar adətən "buz mavi" kimi tanınan parlaq mavi gözlərə malikdir.
xa05. Qeyri-adi uzun ayaqlarxa0

Sosial mediada yüz minlərlə insanın sevgisini qazanan bu gözəl model dünyanın ən uzun ayaqlarına sahibdir. 108 sm ayaqları olan model görünüşündəki qüsura heç məhəl qoymadığını və həyatı boyu zorakılıqla mübarizə apardığını deyir.
Kamran































































































