Rusiyada pul köçürmələrinə məhdudiyyətlər QÜVVƏYƏ MİNDİ

Rusiyada pul köçürmələrinə məhdudiyyətlər QÜVVƏYƏ MİNDİ

Hazırda oxunan: Rusiyada pul köçürmələrinə məhdudiyyətlər QÜVVƏYƏ MİNDİ

249524

Bu gündən Rusiyada pul köçürmələrinə məhdudiyyətlər qüvvəyə minib.

Bizim.Media xəbər verir ki,bu barədə RİA Novosti məlumat yayıb.

Belə ki, mayın 15-dən etibarən müəyyən kateqoriya şəxslər üçün pul çıxarmaq və nağdlaşdırmaq imkanı məhdudlaşdırılıb. Söhbət fırıldaqçı əməliyyatlar həyata keçirərkən pul köçürmələri üçün bank kartları istifadə edilən insanlardan gedir.

Rusiya Mərkəzi Bankının saxta əməliyyatlar bazasına daxil olan vətəndaşlar bu gündən etibarən bir ay ərzində özlərinə və ya başqalarına 100 min rubldan artıq pul köçürə bilməyəcəklər. Limit elə müəyyən edilib ki, vətəndaş həyati əhəmiyyətli köçürmələr edə bilsin, lakin pulu oğurlamaq və nağdlaşdırmaq üçün cinayət sxemlərində iştirak etmək imkanı olmasın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO