Lavrov Zelenskini “aciz adam” adlandırdı – VİDEO

Lavrov Zelenskini “aciz adam” adlandırdı – VİDEO

Hazırda oxunan: Lavrov Zelenskini “aciz adam” adlandırdı – VİDEO

249505

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenski barədə kəskin ifadələr işlədib. Onun sözlərinə görə, Zelenskinin danışıqlar prosesindəki davranışı qeyri-ciddidir və “aşağılayıcı səviyyədədir”:

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.

“Qaçır, çığırır, şəxsi görüş tələb edir. Sonra böyükləri ona başa saldılar ki, özünü bu qədər “aciz adam” kimi aparmaq lazım deyil, danışıqlar aparmaq lazımdır.”

Lavrov bu fikirləri ilə Zelenskinin İstanbulda Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşmək istədiyini bildirməsinə münasibət bildirib və Ukrayna rəhbərliyinin diplomatik etika və formatlara uyğun hərəkət etmədiyini deməyə çalışıb.

Bu açıqlama, hazırda İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqlarının yüksək səviyyəli və gərgin siyasi atmosferində Moskvanın Zelenskiyə qarşı sərt ritorikasını bir daha nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO