Britaniyanın baş naziri öz adamını İstanbula göndərir - Zelenskiyə tövsiyələr verəcək

Britaniyanın baş naziri öz adamını İstanbula göndərir - Zelenskiyə tövsiyələr verəcək

Hazırda oxunan: Britaniyanın baş naziri öz adamını İstanbula göndərir - Zelenskiyə tövsiyələr verəcək

249452

Böyük Britaniyanın baş naziri Kir Starmerin təhlükəsizlik məsələləri üzrə müşaviri Conatan Pauell Türkiyəyə yollanacaq. Məqsəd Ukrayna prezidenti Volodimir Zelenskiyə İstanbulda keçirilməsi planlaşdırılan Rusiya–Ukrayna danışıqları ilə bağlı tövsiyələr verməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa ölkələrinin xarici işlər nazirləri hələlik bu danışıqlarda iştirak edəcəklərinə ümid etmirlər və nümayəndələrinin orada olacağı gözlənilmir.

Məqalədə xüsusi vurğulanır ki, Pauellin Zelenskiyə əsas məsləhəti ondan ibarət olacaq ki, o, ABŞ prezidenti Donald Trampın dəstəyini təhlükə altına ata biləcək hərəkətlərdən çəkinməlidir.

Başqa sözlə, Pauell Zelenskiyə təklif edəcək ki, Rusiya ilə danışıqlarda Qərbin və xüsusən də ABŞ-ın dəstəyini qoruyacaq mövqedən çıxış etsin və ehtiyatla davransın.

Xatırladaq ki, Britaniya rəsmisi Moskva və Kiyev nümayəndə heyətlərinin İstanbulda keçiriləcək görüşündə birbaşa iştirak etməyəcək.

Daha əvvəl məlumat yayılıb ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda danışıqlara başlanması günorta saatlarından sonra gözlənilir. Danışıqların dəqiq başlama vaxtı hələ dəqiqləşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO