Rusiya o təyyarənin vurulmasına görə günahkar bilindi

Rusiya o təyyarənin vurulmasına görə günahkar bilindi

Hazırda oxunan: Rusiya o təyyarənin vurulmasına görə günahkar bilindi

249019

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukrayna üzərində MH17 reysi qəzasına görə məsuliyyət daşıdığını elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Niderland hökuməti bəyanat yayıb.

Bildirilir ki, Rusiyanın hərəkətləri beynəlxalq mülki aviasiyanın normalarını pozub.

Yaxın həftələrdə ICAO Şurası Rusiyanın zərəri necə ödəməli olduğu məsələsini nəzərdən keçirəcək.

Avstraliya və Niderland  Rusiyaya qarşı şikayəti ICAO-ya 2022-ci ilin martında təqdim ediblər. Belə ki, onların vətəndaşları təyyarə qəzasında ölənlərin çoxunu təşkil edib.

Qeyd edək ki, “Malaysia Airlines”a məxsus “Boeing 777” təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna üzərində vurulub. Nəticədə 298 nəfər ölüb. Bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük on qəza sırasına daxildir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO