Gəncədə 64 yaşlı kişinin ölümünə səbəb olan yanğınla bağlı ARAŞDIRMA APARILIR

Gəncədə 64 yaşlı kişinin ölümünə səbəb olan yanğınla bağlı ARAŞDIRMA APARILIR

Hazırda oxunan: Gəncədə 64 yaşlı kişinin ölümünə səbəb olan yanğınla bağlı ARAŞDIRMA APARILIR

248959

Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır.

Baş Prokurorluğunun Mətbuat xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilir ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsini 22/22 ünvanındakı 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Alıyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
 

Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


İlkin ehtimallara əsasən yanğın tez alışan məhlulun alovlanması nəticəsində baş verib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Hadisənin təfərrüatlarının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilməklə müvafiq qərarın qəbul olunması təmin olunacaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO