Zelenski anasına müraciət etdi: “Narahat olma!” - VİDEO

Zelenski anasına müraciət etdi: “Narahat olma!” - VİDEO

Hazırda oxunan: Zelenski anasına müraciət etdi: “Narahat olma!” - VİDEO

248829

Ukrayna Prezidenti Volodimir Zelenski axşam saatlarında ukraynalılara ünvanladığı videomüraciətində öz anasına da səslənib.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, Telegram kanalında yayımladığı videoda Zelenski diplomatik hadisələr və tərəfdaşlarla aparılan danışıqlar haqqında danışıb. 

Videonun sonunda isə o, 11 may – bazar günü Ukraynada qeyd olunan Analar Gününü xatırladıb. Prezident anasına təşəkkür edib və ondan narahat olmamağı xahiş edib:

"Bu gün hamımız analarımıza ‘təşəkkür edirik’ deyirik – sərhədsiz və sonsuz məhəbbət üçün, övlad üçün etdikləri hər şeyə görə. Və ona görə ki, insan nə qədər böyüsə də, ana sağ olduğu müddətcə biz hər zaman uşaq olaraq qalırıq. Ana, sənə təşəkkür edirəm! Anacan, narahat olma – yemək yemişəm, hər şey qaydasındadır".
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO