Rusiya nümayəndə heyəti İstanbula gedəcək – Putinin köməkçisi

Rusiya nümayəndə heyəti İstanbula gedəcək – Putinin köməkçisi

Hazırda oxunan: Rusiya nümayəndə heyəti İstanbula gedəcək – Putinin köməkçisi

248706

İstanbulda keçiriləcək danışıqlarda Rusiya nümayəndə heyəti ilə təmsil olunacaq.

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib. Onun sözlərinə görə, heyətin tərkibinə kimin daxil olacağı barədə məlumat daha sonra açıqlanacaq.
 

İstanbuldakı danışıqlarda Rusiya tərəfini kimin təmsil edəcəyi ilə bağlı suala diplomat “Biz nümayəndə heyəti göndərəcəyik” cavabını verib.


Danışıqlarda Rusiya Federasiyasını diplomatların və ya hərbçilərin təmsil edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Uşakov qeyd edib: “Bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və Ukraynanın 30 günlük şərtsiz atəşkəs təklfinə Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna və Rusiya arasında birbaşa danışıqların bərpası təklifi ilə cavab verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO