"Biz artıq öz mövqeyimizi bildirmişik ki, İranın nüvə silahı ola bilməz. Onlar cavab verdilər ki, nüvə silahı istəmirlər. Ona görə də bu müzakirədə İranın sözlərini həqiqət kimi qəbul edəcəyik.
Əgər bu, həqiqətən də onların mövqeyidirsə, nüvə silahı ilə bağlı olan bütün obyektləri sökülməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff “Breitbart News”a müsahibəsində deyib.
“Farsların artıq İran ərazisində Buşehr adlı mülki reaktoru var. Onun zənginləşdirmə imkanları yoxdur və yalnız mülki məqsədlər üçün - elektrik enerjisi istehsalı və sair məqsədlər üçün istifadə oluna bilər. Əgər həqiqətən də istədikləri budursa, bu proqrama inanırlarsa, qoy onu inkişaf etdirsinlər”, - Uitkoff deyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:34 / 09.05.2025
“İranın nüvə silahına ehtiyacı yoxdur" - Uitkoff
Hazırda oxunan: “İranın nüvə silahına ehtiyacı yoxdur" - Uitkoff
Hazırda oxunan: “İranın nüvə silahına ehtiyacı yoxdur" - Uitkoff
248542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.