Bayden Ərdoğanla nəyi müzakirə edəcək? - Ağ Evdən açıqlama

Bayden Ərdoğanla nəyi müzakirə edəcək? - Ağ Evdən açıqlama

Hazırda oxunan: Bayden Ərdoğanla nəyi müzakirə edəcək? - Ağ Evdən açıqlama

24690

ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla S-400-ü müzakirə edəcək.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

İngiltərənin Kornvall şəhərindəki G7 zirvəsindən sonra ABŞ Prezidenti Co Bayden NATO sammitinin 14 iyunda baş tutacağı Brüsselə gedib.

Bayden Putinlə 16 iyunda Cenevrədə görüşəcək.

"Rusiya açıq şəkildə bəzi sahələrdə Türkiyə ilə fikir ayrılıqları olsa da  rəsmi Ankara ilə birgə işləyir. Buna görə də Baydenə Ərdoğanın müşahidələri maraqlı olacaq”. Sallivan bunu İngiltərədən Brüsselə gedərkən təyyarədə deyib.

Stenoqram Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.

Baydenin Ərdoğanla Rusiyanın S-400 sistemlərini müzakirə edib-etməyəcəyi barədə suala Sallivan "Bəli, edəcək" deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO