Almaniyanın Hamburq şəhərində 39-cu dəfə təşkil olunan marafona 40 minə yaxın iştirakçı qatılıb.
Bizim.Media xəbər verir ki, dünyanın ən böyük altıncı marafonu olan bu yarışda keniyalı atlet Amos Kipruto yeni rekordla qalib gəlib. Otuz iki yaşlı atlet 2 saat 3 dəqiqə 46 saniyəlik nəticə ilə finişə birinci çataraq, əvvəlki rekordunu 23 saniyə yaxşıladırıb. Sonrakı iki yeri də keniyalı atletlər tutublar.
Qadınlar arasında isə efiyopiyalı Vorkeneş Edesa 2 saat 17 dəqiqə 55 saniyə nəticə ilə birinci olub. Favoritlərdən sayılan braziliyalı atlet, dünya rekordunun keçmiş sahibi Bricid Kosgei isə ikinci yeri tutub (2:18:26).
Bu yarışda daha bir neçə tanınmış idmançı uğur qazana bilməyib. Yarımmarafon üzrə Avropa çempionu, norveçli Karoline Qrovdal startda uğursuz olub və 25-ci kilometrdən sonra yarışı tərk edib. Almaniya tarixində ən sürətli üçüncü marafonçu olan Rixard Ringer yeddinci yeri tutub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
01:39 / 28.04.2025
Hamburqda ənənəvi marafon: 40 minə yaxın iştirakçı qatıldı
Hazırda oxunan: Hamburqda ənənəvi marafon: 40 minə yaxın iştirakçı qatıldı
Hazırda oxunan: Hamburqda ənənəvi marafon: 40 minə yaxın iştirakçı qatıldı
246377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.