Ukraynanın Marqanes şəhəri pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Nəticədə çoxlu sayda insan həlak olub və yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin başçısı Sergey Lısak “Telegram” kanalında məlumat verib.
“Rusiya ordusu Marqanesə kamikadze pilotsuz uçan aparatla hücum edib. İlkin məlumata görə, 9 nəfər ölüb. Daha 30 nəfər yaralanıb”, deyə o, qeyd edib.
Sonradan məlum olduğu kimi, PUA ilə bir müəssisənin əməkdaşlarının olduğu avtobusa hücum edilib.
Marqanes Dnepropetrovsk vilayətinin Nikopol rayonunun eyniadlı şəhər icmasının inzibati mərkəzidir. Bu yaşayış məntəqəsi, həmçinin bölgənin ən çox əhalisi olan səkkizinci şəhəri, manqan filizlərinin çıxarılması və emalı mərkəzidir. Onun əhalisi 2023-cü ilə qədər 35 min nəfər idi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:34 / 23.04.2025
Ukraynanın Marqanes şəhərinə PUA hücumu: 9 ölü var - FOTO
Hazırda oxunan: Ukraynanın Marqanes şəhərinə PUA hücumu: 9 ölü var - FOTO
Hazırda oxunan: Ukraynanın Marqanes şəhərinə PUA hücumu: 9 ölü var - FOTO
245632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.