Zelenskidən Putinin “Pasxa atəşkəsi” qərarına CAVAB

Zelenskidən Putinin “Pasxa atəşkəsi” qərarına CAVAB

Hazırda oxunan: Zelenskidən Putinin “Pasxa atəşkəsi” qərarına CAVAB

245059

“Əgər Rusiya tərəfi birdən-birə tam və qeyd-şərtsiz susqunluq formatına həqiqətən də qoşulmağa hazır olsa, Ukrayna güzgü kimi hərəkət edəcək – susmağa cavab olaraq susqunluq, zərbələri dəf etmək üçün cavab zərbələri”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin 30 saatlıq “Pasxa atəşkəsi” qərarına cavab olaraq bildirib.

"Əgər tam sükut həqiqətən hökm sürürsə, Ukrayna bunu aprelin 20-dən - Pasxa bayramından sonra da uzatmağı təklif edir. Bu, Rusiyanın əsl niyyətini göstərəcək, çünki başlıqlar üçün 30 saat kifayətdir, amma real etimadın möhkəmləndirilməsi tədbirləri üçün deyil.

Otuz gün sülhə şans verə bilərik", - deyə Ukrayna prezidenti əlavə edib.

Qeyd edək ki, Putinin qərarına əsasən Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan (Bakı vaxtı ilə saat 19:00- red.) etibarən bütün hərbi əməliyyatları dayandıracaq. Atəşkəs rejimi aprelin 21-i saat 00-00-dək (Bakı vaxtı ilə 01:00) davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO