Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin “Pasxa atəşkəsi”nin elan edilməsi ilə bağlı qərarına reaksiya verib.
Bizim.Media xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Ukrayna prezidenti Putinin təklifini qəbul etdiyini deməsə də, rədd etdiyini də bildirməyib:
"Putinin insanların həyatı ilə oynamaq cəhdinə gəlincə, hazırda Ukraynada hava hücumu xəbərdarlığı yayılır. Saat 17:15-də səmamızda Rusiyanın hücum pilotsuz təyyarələri aşkarlanıb.
Ukrayna hava hücumundan müdafiə və aviasiyası artıq müdafiədə fəaliyyətə başlayıb.
Səmamızda "Shahed" PUA-larının görünməsi Putinin Pasxa bayramına və xristian xalqına əsl münasibətinin təzahürüdür".
Qeyd edək ki, Putinin qərarına əsasən Rusiya tərəfi aprelin 19-u saat 18:00-dan (Bakı vaxtı ilə saat 19:00- red.) etibarən bütün hərbi əməliyyatları dayandıracaq. Atəşkəs rejimi aprelin 21-i saat 00-00-dək (Bakı vaxtı ilə 01:00) davam edəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:15 / 19.04.2025
Zelenskidən Putinin atəşkəs qərarına REAKSİYA
Hazırda oxunan: Zelenskidən Putinin atəşkəs qərarına REAKSİYA
Hazırda oxunan: Zelenskidən Putinin atəşkəs qərarına REAKSİYA
245029
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.