“Haqqımda çox danışıldı, amma heç vaxt hörmətimi itirmədim" - Mahir Emreli

“Haqqımda çox danışıldı, amma heç vaxt hörmətimi itirmədim" - Mahir Emreli

Hazırda oxunan: “Haqqımda çox danışıldı, amma heç vaxt hörmətimi itirmədim" - Mahir Emreli

243867

“Haqqımda çox danışıldı, çox şey yazıldı. O cümlədən yalan xəbərlər də. Amma mən səssiz və səbirli şəkildə öz üzərimdə çalışdım".

Bizim.Media xəbər verir ki, bu sözləri "Nürnberq"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli İnstaqram hesabındakı paylaşımında yazıb.

27 yaşlı futolçu ötən gün 2-ci Bundesliqanın 29-cu turunda "Kayzerslautern"lə oyunda (2:1) baxımlı qol vuraraq komandasının qələbəsindən böyük pay sahibi olub.

"Nürnberq"də son qolunu ötən ilin noyabrında vuran Emreli çox tənqid olunması ilə bağlı fikirlərini bölüşüb:
 

"Heç vaxt hörmətimi itirmədim. Və bu gün nəyin uğrunda mübarizə apardığımı göstərdim. Bu məqsəd üç xaldan daha böyükdür. Bu, mənə inanan hər kəs üçündür. Komanda yoldaşlarım, məşqçilərim və xüsusilə siz, azarkeşlərə inanılmaz dəstəyiniz üçün təşəkkür edirəm. Gələn oyunda görüşərik”.


Qeyd edək ki, M.Mereli bu mövsüm "Nürnberq"də ümumilikdə 20 oyuna 5 qol vurub, 1 qol ötürməsi edib. (Qol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO