Aprelin 11-də Türkiyədə öz işinə başlayan Antalya Diplomatiya Forumunun ikinci günü yekunlaşıb.
Bizim.Media xəbər verir ki, dünyanın 140-dan çox ölkəsinin dövlət və hökumət başçılarının qatıldığı tədbirdə çoxsaylı panel iclasları keçirilib.
Forumun ikinci günündə Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb. Görüşdə Azərbaycanla Avropa Şurasının icraedici strukturları arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Digər iclaslarda qlobal Cənubun rolu, parçalanmış dünyada çoxtərəfliliyin gücləndirilməsi, Suriyada sabitliyin bərpa olunması, Balkan yarımadası ölkələrində firavan gələcəyə təsir edən cari dəyişiklik dinamikası kimi önəmli siyasi mövzular müzakirə olunub.
Eləcə də geosiyasi və iqtisadi problemlərin mərkəzində dayanan kritik xammalın əhəmiyyəti, dünya siyasətində Afrikanın artan rolu, bununla belə davam edən münaqişələr, iqtisadi sarsıntılar fonunda qlobal qida təhlükəsizliyi ilə mübarizə və parçalanmış dünyada gələcəyin qurulması, təhsilin transformasiya gücü kimi əhəmiyyətli mövzular müzakirə olunub.
Forum çərçivəsində Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar mövzusunda panel iclas keçirildi. İclasda Azərbaycan, Ermənistan və Gürcüstanın xarici işlər nazirləri görüşdülər.
Ətraflı “Baku TV”nin süjetində:
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:33 / 12.04.2025
Antalya Diplomatiya Forumunda diqqətçəkən məqamlar - VİDEO
Hazırda oxunan: Antalya Diplomatiya Forumunda diqqətçəkən məqamlar - VİDEO
Hazırda oxunan: Antalya Diplomatiya Forumunda diqqətçəkən məqamlar - VİDEO
243796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.