İndi də Gürcüstan nömrəsi ilə zənglər gəlir - XƏBƏRDARLIQ

İndi də Gürcüstan nömrəsi ilə zənglər gəlir - XƏBƏRDARLIQ

Hazırda oxunan: İndi də Gürcüstan nömrəsi ilə zənglər gəlir - XƏBƏRDARLIQ

243457

“Bank kartları ilə əlaqəli olan zənglərə, mesajlara cavab verməyin, danışmayın, yazışmayın və bloklayın. Bu gün Tərtər sakini eyni üsulla kibercinayətkarların hədəfinə çevrilərək, 15 min manatdan çox pul vəsaitini mənimsədib”.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında qeyd edib.

“Sos! Çağırış! Xəbərdarlıq! Bank kartları ilə əlaqəli olan zənglərə, mesajlara cavab verməyin — danışmayın, yazışmayın, bloklayın. Bu gün Tərtər sakinini də eyni üsulla — “bank kartınıza müdaxilə var, hesabınızda olan vəsaitin qorunması üçün tələb olunan qaydalara uyğun göndərilən kodu təsdiqləyin, zəhmət olmasa…”. Gürcüstan nömrəsi ilə danışıq aparan naməlum şəxsin bütün dediklərini həyata keçirən zərərçəkmiş heç bir etiraz etmədən 15.580 manat pulun onlayn oğurlanmasına “köməyini” əsirgəməyib.

Bir daha hər kəsdən xahiş edirik, tövsiyə edirik, bank, hansısa başqa təşkilat, mobil telefon operatorları adından — fərqi yoxdur, KİM OLURSA OLSUN Sizdən göndərilən kodu təsdiqləməyi, əlavə başqa məlumatları istəyirsə verməyin, bloklayın, əmin olun ki, yalandır”, - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO