Vaşinqton ABŞ-ın hərbi və dəstək gəmilərinin kanaldan pulsuz və rüsumsuz keçməsi üçün Panama hakimiyyəti ilə razılığa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqsetdən sitat gətirən Panama mediası müvafiq bəndin birgə deklarasiyaya salındığını yazıb.
Panamalı jurnalistlər isə həmin mətnin ingilisdilli versiyaya uyğun gəldiyini, ispandilli versiyada isə kompensasiya mexanizmi barədə danışıldığını qeyd edirlər.
“ABŞ-ın döyüş gəmiləri kanaldan pulsuz keçməyəcək. Biz kanaldan istifadəyə görə kompensasiya alacağıq”, - deyə Panama kanalı işləri üzrə nazir Xose Ramon İkasa vurğulayıb.
Bu arada Panama Kanalı İdarəsinin məlumatına görə, 1998-ci ildən 2024-cü maliyyə ilinin sonunadək 373 min 39 gəmi kanaldan keçib ki, onlardan yalnız 994-ü (0,3 faiz) ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sualtı qayıqları olub.
Xatırladaq ki, yanvar ayında ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimində çıxışı zamanı Panama hakimiyyətinin kanalı idarə edə bilmədiyini və Birləşmiş Ştatların ona nəzarəti bərpa edəcəyini deyib:
“Ən önəmlisi odur ki, kanala Pekin nəzarət edir. Biz kanalı Çinə deyil, Panamaya vermişik və onu geri alacağıq”.
Dövlət başçısı, həmçinin Panama hakimiyyətini ABŞ gəmilərindən çox yüksək tranzit haqqı almaqda günahlandırıb. O, vəziyyəti dəyişməyəcəkləri təqdirdə Panama kanalını ABŞ-a qaytarmaqla hədələyib və bu məsələdə güc tətbiqini istisna etməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:06 / 10.04.2025
Vaşinqton Panama hakimiyyəti ilə razılığa gəldi: ABŞ-ın hərbi gəmiləri kanaldan…
Hazırda oxunan: Vaşinqton Panama hakimiyyəti ilə razılığa gəldi: ABŞ-ın hərbi gəmiləri kanaldan…
Hazırda oxunan: Vaşinqton Panama hakimiyyəti ilə razılığa gəldi: ABŞ-ın hərbi gəmiləri kanaldan…
243387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.