“ABŞ lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
O, lazım gələrsə, İrana qarşı hərbi addımlar atılacağını bildirib:
“İsrail hərbi əməliyyatlara cəlb oluna bilər, lakin heç kim ABŞ-a öncüllük etməyəcək”.
Tramp qeyd edib ki, İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun bir prosesin başlanğıcı olacaq:
"Bizim az vaxtımız var. Çünki onların nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Mən çox şey istəmirəm. Onların nüvə silahı ola bilməz", - ABŞ Prezidenti əlavə edib.
Xatırladaq ki, Tramp daha əvvəl də Tehran nüvə danışıqlarına razılıq verməsə, İranın bombalanacağını bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:20 / 10.04.2025
Trampdan İrana növbəti XƏBƏRDARLIQ: “Hərbi əməliyyatlara hazırıq” – VİDEO
Hazırda oxunan: Trampdan İrana növbəti XƏBƏRDARLIQ: “Hərbi əməliyyatlara hazırıq” – VİDEO
Hazırda oxunan: Trampdan İrana növbəti XƏBƏRDARLIQ: “Hərbi əməliyyatlara hazırıq” – VİDEO
243329
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.