Kral və kraliça evliliklərinin 20-ci ilini İtaliyada qeyd etdilər – FOTO

Kral və kraliça evliliklərinin 20-ci ilini İtaliyada qeyd etdilər – FOTO

Hazırda oxunan: Kral və kraliça evliliklərinin 20-ci ilini İtaliyada qeyd etdilər – FOTO

243157

Böyük Britaniya kralı Çarlz və kraliça Kamilla rəsmi evliliklərinin 20 illiyini qeyd ediblər.

Bizim.Media xəbər verir ki, onlar İtaliyada rəsmi səfərdədir.
 

Yubiley münasibətilə cütlük Roma şəhərində yerləşən Britaniya səfirinin iqamətgahı – Villa Volkonskinin bağında çəkilmiş yeni fotolarını paylaşıb.


Səfir Lord Llewellyn bu səfərin simvolik əhəmiyyət daşıdığını bildirib. Bu səfər həm də "Brexit"dən sonrakı dövrdə Britaniyanın Avropa müttəfiqləri ilə münasibətlərini yenidən gücləndirməyə yönəlib.

Qeyd edək ki, Çarlz və Kamilla bir zamanlar gizli münasibət yaşayıblar. Kamilla birinci həyat yoldaşı ilə evli olduğu müddətdə Çarlz ilə münasibətdə olub. Bu münasibət Çarlz ilə Diana evlənməzdən əvvəl sona çatıb, lakin onların dostluğu davam edib.

“Bu evlilikdə üç nəfər idik, bir az çox idi”, - 1995-ci ildə verdiyi məşhur müsahibəsində şahzadə Diana deyib. (Modern.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO