Moderator.az Rusiya Federasiyası Xarici işlər naziri Sergey Lavrovun adı ilə bağlı olanların Azərbaycan oxucuları üçün də maraqlı olacağını nəzərə alıb, Rusiyanın baş diplomatının ailəsi haqqında “Putin News” saytında dərc olunmuş məqaləni təqdim edir:
"Sergey Lavrov bütün dünyada məşhur şəxsiyyətdir və onun peşəkar fəaliyyəti ətrafında bir çox şaiyələr gəzir. Amma, RF Xarici İşlər Nazirliyi başçısının şəxsi həyatı həmişə kölgədə qalır. Geniş ictimaiyyətə yalnız məlumdur ki, Sergey Lavrov ailəlidir və bir qızı var. Bəs, belə sərt diplomatın arvadı olmaq necədir və ümumiyyətlə, Lavrovun arvadı kimdir?

Mənim bir neçə diplomat dostlarım var. Mən çay süfrəsi arxasında diplomatların başlarına gələn əhvalatlar, inanılmaz situasiyalar, intriqalar barədə özünəməxsus yumorlarını eşitmişəm. Diplomatların arvadlarından isə dəfələrlə eşitmişəm ki, diplomatın arvadı olmaq çox çətindir və tez-tez ailələrin dağılması baş verir. Diplomatlar tez-tez bir yerdən başqa yerə keçirlər, müxtəlif yerlərdə çalışırlar,xa0 bəzən hər şeyi yenidən başlamağa məcbur olurlar. İntriqalar, rəqib xanımlar isə... Hər əlaqə, münasibətxa0 möhkəmliyə tab gətirmir.
Sergey Lavrovun isə arvadı ilə münasibətləri zamanın sınağından çıxıb, axı onlar tanış olanda Sergey Lavrov hələ Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbəsi idi. Sergey rus dili və ədəbiyyatı müəlliməsi Mariyanı VVAQ-a aparandaxa0 üçüncü kursda oxuyurdu!
Gərək çox qeyri-adi qız olasan ki, tələbəlik illərində poeziya ilə və gitarada çalmaqla maraqlanan gələcək naziri özünə cəlb edəsən. Yəqin ki, belə qəşəng oğlan qızların böyük diqqətini çəkirmiş, MDBMİ-də də belə qızlar nə qədər desən... Deyirlər, Mariya əla təhsil sahibidir, erudisiyalıdır, istənilən söhbətə qoşula bilir, əsas da odur ki, gözəl xasiyyəti var.
Cütlüyün bir qızı - Yekaterina anadan olub. Yekaterina dörd yaşından atasının işlədiyi Amerikada yaşayıb. İndi Yekaterina ərə gedib və onun oğlu var, yəni bizim Sergey Lavrov artıq babadır.xa0 Yeri gəlmişkən, yayılan şaiyələrə görə guya Yekatirina Rusiyada yaşamır, amma bu elə şaiyədən başqa bir şey deyil. Yekaterina çoxdan Rusiyaya qayıdıb, incəsənət-bizneslə məşğul olur.
Amma qayıdaq Sergey Lavrovun arvadının yanına. Bir vaxtlar Mariya Lavrova BMT yanında RF-nin Daimi Nümayəndəliyin kitabxanasının müdiri işləyib, özünün yaratdığı diplomatların qadın klubunda fəal iştirak edib. Mariya demək olar ki, müsahibə vermir, amma təsəvvür edin ki, jurnalistlər ona necə hücum çəkir. Düz də edir, şəxsi həyatını ortalığa qoymur və dedi-qodu üçün bəhanə vermir. Yoxsa, onlara bir az danış, bir də görəcəksən ki, olmayanlardan dağ uydurublar. Onsuz da tanınmış siyasətçilərin ailə mövzusunda kifayət qədər quraşdırmalar var..."

































































































