Ermənilər ABŞ-a qarşı da iddia qaldırdılar - Aydaxo bizim olsun! - VİDEO

Ermənilər ABŞ-a qarşı da iddia qaldırdılar - Aydaxo bizim olsun! - VİDEO

Hazırda oxunan: Ermənilər ABŞ-a qarşı da iddia qaldırdılar - Aydaxo bizim olsun! - VİDEO

24300

Bir çox ölkələrə torpaq iddiası qaldıran ermənilərin deyəsən zaman keçdikcə iştahları daha da artır. Hər il daha bir torpaq iddiası ilə çıxış edən ermənilərin bu dəfə hədəfi ABŞ-ın Aydaxo ştatı olub.

Bizim.Media xəbər verir ki, onların bu iddiası Ermənistanın “Esse TV” “YouTube” kanalında yayımlanan “Djoker” verilişinin aparıcısı, 30 il Azərbaycanda yaşamış, “Veçernaya Baku” nəşrində müxbir işləmiş İda Martirosyanla ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən iqtisadçı Arşak Kasabyanın müzakirələri zamanı üzə çıxıb.

Belə ki, hazırda Ermənistanın olduğu rəzil durumdan danışan iki erməninin söhbəti zamanı Kasabyan Ermənistanı Aydaxo ştatına köçürməyi təklif edib.

“Əsrlər boyu Ermənistan digər ölkələr tərəfindən sevilmədiyi üçün işğal olunmayıb. Sadəcə, bu ölkələr bir-birini sevməyib, müharibə ediblər və biz də ortada qalmışıq. Ermənistan geosiyasi tərəfdən elə bir ərazidə yerləşir ki, onun üzərindən min cür oyun qurulur. Tarix boyu belə olub, hazırda da belədir. Ermənistanın Aydaxo ştatında mövcud olma şansı varkən niyə axı biz o ərazidə qalmışıq? Mən təklif edirəm ki, hazırda Ermənistanda yaşayan 2.5 milyon ermənini Aydaxo ştatına yerləşdirək”.

Aparıcının “Niyə ermənilərin köçürülməsi üçün məhz bu ştatı seçmisiniz” sualına cavab olaraq erməni iqtisadçısı Aydaxonun Ermənistana bənzərliyini arqument gətirib. 

“Çünki ora çox gözəldir və həddindən artıq Ermənistana bənzəyir. Ermənilər hər zaman gözəllik vurğunu olublar. Aydaxo da Ermənistan kimi dağ və düzənliklərlə əhatə olunub. Aydaxonun yaxınlığında Kaliforniya yerləşdiyi üçün dəniz də o ərazilərə yaxındır”.

Kasabyanın ən gülünc fikri isə ermənilərin ora köçü zamanı özləri ilə mütləq şəkildə inək, dana və qoyunlarını da götürməyi haqqında təklifi olub.

“Bunun həyata keçməsi üçün birinci növbədə sponsor tapmaq lazımdır ki, layihəni maliyələşdirən insanlar ermənilər üçün təyyarələr və gəmilər göndərsinlər. Ermənilər də öz ailələri, inəkləri və qoyunları ilə birlikdə rahat şəkildə Aydaxo ştatına köçsünlər.Bundan başqa mütləq şəkildə onlar özləri ilə əcdadlarının qəbirlərini, xaçkarları da götürməlidirlər. Kilsələr isə burada parçalara ayrılıb Aydaxoda yenidən qurulmalıdır”.

Vüsalə Balayeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO