Avropada sığınacaq üçün ən çox hansı ölkəyə müraciət edirlər?

Avropada sığınacaq üçün ən çox hansı ölkəyə müraciət edirlər?

Hazırda oxunan: Avropada sığınacaq üçün ən çox hansı ölkəyə müraciət edirlər?

242713

Almaniya artıq sığınacaqla bağlı müraciətlərin sayına görə Avropa İttifaqında lideri ölkə deyil.

Bizim.Media xəbər verir ki, bu barədə “Welt am Sonntag” Avropa Komissiyasının miqrasiyaya dair hesabatına əsasən məlumat yayıb.

Hesabata əsasən, 2025-ci ilin birinci rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə Almaniyaya sığınacaq alınması üçün müraciətlərin sayı kəskin azalıb.

Avropa İttifaqında bu sahədə Fransa önə çıxıb, İspaniya ikinci yerdə qərarlaşıb. Almaniya isə artıq üçüncü yerdədir. Bu il yanvarın 1-dən martın 31-dək Fransaya sığınacaq alınması üçün 40 871, İspaniyaya 39 318, Almaniyaya 37 387 müraciət olub.

Bu siyahıda sonuncu yerdə sərt miqrasiya siyasəti yürüdən Slovakiya (37 müraciət) və Macarıstan (22 müraciət) yer alıb.

Fransada sığınacaq alınması üçün ən çox müraciət edən ukraynalılardır. Bu ilin birinci rübündə Almaniyada sığınacaq almaq istəyənlər sırasında isə Suriya (24%), Əfqanıstan (16%) və Türkiyə (11%) vətəndaşları çoxluq təşkil edib.

Ümumilikdə, Avropa ölkələrində sığınacaq almaq istəyənlər sırasında ukraynalılar (+84 faiz), çinlilər (+87 faiz) və hindistanlıların (+56 faiz) müraciətlərində kəskin artım, Suriya, Kolumbiya və Türkiyə vətəndaşlarının sayında isə azalma müşahidə olunub. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO