İranın yol və şəhərsalma naziri Azərbaycana gələcək

İranın yol və şəhərsalma naziri Azərbaycana gələcək

Hazırda oxunan: İranın yol və şəhərsalma naziri Azərbaycana gələcək

241143

İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiq aprelin 10-da Bakıya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
 

Məlumata görə, səfər çərçivəsində onun sözügedən komissiyanın Azərbaycan tərəfdən həmsədri, baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.


Qeyd olunub ki, görüşlərdə iqtisadiyyat, nəqliyyat və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO