Cənubi Koreyada meşə yanğınlarının söndürülməsi zamanı “Sikorsky S-76” helikopteri qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, helikopterin göyərtəsində bir pilot olub, o həlak olub.
Koreya Meşə Xidmətinin məlumatına görə, helikopter Seuldan təxminən 180 kilometr cənub-şərqdə Uiseongda dağa çırpılıb.
Qeyd edək ki, yanğınlar nəticəsində ən azı 18 nəfər həlak olub. Koreya Respublikası prezidentinin səlahiyyətlərini icra edən baş nazir Han Dok Su ölkənin cənub-şərqindəki meşə yanğınlarını tarixdə ən dəhşətli yanğın adlandırıb.
Onun sözlərinə görə, təbii fəlakətlə mübarizəyə 128 helikopter, 1,1 mindən çox hərbçi, təxminən 3,1 min yanğınsöndürən və 4,6 min dövlət qulluqçusu cəlb edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:15 / 26.03.2025
Cənubi Koreyada helikopter qəzaya uğradı: Ölən var
Hazırda oxunan: Cənubi Koreyada helikopter qəzaya uğradı: Ölən var
Hazırda oxunan: Cənubi Koreyada helikopter qəzaya uğradı: Ölən var
241024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.