Türkiyədəki etiraz aksiyalarında 1418 şübhəli saxlanılıb

Türkiyədəki etiraz aksiyalarında 1418 şübhəli saxlanılıb

Hazırda oxunan: Türkiyədəki etiraz aksiyalarında 1418 şübhəli saxlanılıb

240956

19 martdan bu yana İstanbul Böyükşəhər Bələdiyyəsinin istintaqı ilə bağlı keçirilən etirazlarda 1418 şübhəli saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya sosial hesabında paylaşım edib.

"2025-ci il martın 19-dan bu yana keçirilən qanunsuz aksiyalarda indiyədək 1418 şübhəli saxlanılıb.
 

979 şübhəli hələ də həbsdə olduğu halda, bu gün 478 nəfər məhkəmə qarşısına çıxarılacaq. Küçələrdə terror törətməyə, milli-mənəvi dəyərlərimizə hücum etməyə cəhd edənlərə heç vaxt güzəşt olmayacaq.


Prezidentimiz Ərdoğanın mərhum anasını və ailəsini təhqir edənləri bir daha lənətləyirəm. Təhlükəsizlik qüvvələrimiz millətimizin əmin-amanlığını və təhlükəsizliyini 7/24 qoruyur və bundan sonra da qoruyacaq”, - türkiyəli nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO