"YouTube"da yeni FUNKSİYA

"YouTube"da yeni FUNKSİYA

Hazırda oxunan: "YouTube"da yeni FUNKSİYA

240620

"YouTube" platforması səsin keyfiyyətini seçmək imkanı verən yeni funksiyanı sınaqdan keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə "Android Authority" yazıb.
 

Mənbə qeyd edir ki, hal-hazırda platformada səsin keyfiyyəti videotəsvirin çözümlülüyündən asılı deyil. Belə ki, 144 piksel və ya 4K seçimindən asılı olmayaraq, audio dəyişməz olaraq qalır.


Yeni funksiyada isə istifadəçilər səsin keyfiyyətini sərbəst tənzimləmək imkanı əldə edəcəklər.

Funksiyada üç seçim olacaq - "avto", "orta" və "yüksək". Yeniliyin "YouTube Premium" abunəçiləri üçün əlçatan olacağı ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO