Trampdan ETİRAF – Zelenski ilə mübahisə əvvəldən hazırlanıbmış...

Trampdan ETİRAF – Zelenski ilə mübahisə əvvəldən hazırlanıbmış...

Hazırda oxunan: Trampdan ETİRAF – Zelenski ilə mübahisə əvvəldən hazırlanıbmış...

239925

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə mübahisəsinin Ukraynaya təzyiq strategiyasının bir hissəsi olduğunu deyib.

Bizim.Media “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında bu barədə danışıb.

“Biz Ukraynanı düzgün iş görməyə məcbur etməliyik. Bu, asan vəziyyət deyildi. Oval kabinetdə kiçik bir səhnə gördünüz, amma məncə, onlar hazırda düzgün iş görürlər və biz sülh razılaşması, atəşkəs əldə etməyə, sonra isə sülh sazişinə nail olmağa çalışırıq”, ABŞ lideri bildirib.

Tramp əlavə edib ki, Ukraynadakı müharibədə çox sayda insan həlak olur.

Bundan əlavə, Ukraynaya silah və kəşfiyyat tədarükünün dayandırılması ilə bağlı sualı cavablandıran Tramp bu qərarın Rusiyanın Kursk bölgəsindəki Ukrayna ordusuna heç bir təsiri olmadığını deyib.

Xatırladaq ki, fevralın 28-də Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü gərginliklərlə yadda qalıb. Tərəflər arasında baş verən mübahisədən sonra Zelenski nadir mineral ehtiyatlar haqqında sazişi imzalamadan Ağ Evi tərk edib. Bəzi mənbələr Ukrayna liderinin Tramp tərəfindən Ağ Evdən qovulduğunu yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO