Braziliyada alimlər yarasalarda MERS-CoV (Yaxın Şərq Tənəffüs Sindromu Koronavirusu) ilə oxşar xüsusiyyətlərə malik yeni növ koronavirus aşkar ediblər.
Bizim.Media xəbər verir ki, braziliyalı tədqiqatçılar Honq-Konq Universitetinin (HKU) alimləri ilə birgə 16 fərqli yarasa növündən 423 ağız və rektal tampon nümunəsi toplayaraq araşdırma aparıblar. Nəticədə, Braziliyanın şimal-şərqində yerləşən Fortaleza şəhərindən götürülən nümunələrdə yeni koronavirus növü müəyyən edilib.
Mütəxəssislərin açıqlamalarına görə, bu virus insanlar və dəvələrdə rast gəlinən MERS-CoV ştammlarına oxşayır, lakin onun insanlara təsiri hələ dəqiq bilinmir. Yeni virusun gen ardıcıllığının MERS-CoV genomuna 72%, ev sahibi hüceyrələrə bağlanmaq üçün istifadə etdiyi zülalın isə 71,74% oxşar olduğu bildirilib.
Alimlər yarasaların yeni virusların yayılmasında əsas rol oynadığını və bunun xalq sağlamlığı üçün potensial risk daşıdığını qeyd edirlər. Yeni virusun insanlara təsirini daha dəqiq müəyyən etmək üçün Honq-Konqdakı yüksək təhlükəsizlik laboratoriyalarında əlavə tədqiqatlar aparılacaq. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:55 / 18.03.2025
Yarasalarda yeni növ koronavirus AŞKARLANDI
Hazırda oxunan: Yarasalarda yeni növ koronavirus AŞKARLANDI
Hazırda oxunan: Yarasalarda yeni növ koronavirus AŞKARLANDI
239886
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.