Ukrayna 3000 km məsafəni qət edən dronu sınaqdan keçirdi - VİDEO

Ukrayna 3000 km məsafəni qət edən dronu sınaqdan keçirdi - VİDEO

Hazırda oxunan: Ukrayna 3000 km məsafəni qət edən dronu sınaqdan keçirdi - VİDEO

239854

“Ukrayna 3000 km məsafə qət edə bilən pilotsuz uçuş aparatını uğurla sınaqdan keçirib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.. 

“Bu gün Qərargahın iclasını keçirdim. Bir neçə sual var idi, amma ən əsası dronlardır. Bütün növ pilotsuz uçuş aparatlarına ehtiyac var. Uzaqmənzilli dronlarla bağlı yaxşı xəbərlər var. 3000 km-lik dronumuz sınaqlardan keçdi. Tərtibatçılara və istehsalçılara minnətdaram. Biz dövlətimizin təhlükəsizliyinə zəmanət verəcək uzaqmənzilli hərbi sənaye məhsulları seriyası hazırlayırıq”, - deyə Zelensk bildirib. 

Bu gün Prezidentə Ukrayna raketlərinin, xüsusən də “Uzun Neptun” raketlərinin istifadəsi barədə məlumat verilib. 

“Daha çox raket, daha çox pilotsuz uçuş aparatı istehsal etməliyik və bu həftə tərəfdaşlarımızla bu barədə danışacağıq”, - deyə dövlət başçısı qeyd edib. 

 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO