Ukrayna üçün 10.000 nəfərlik sülhməramlı qüvvə yaradılır

Ukrayna üçün 10.000 nəfərlik sülhməramlı qüvvə yaradılır

Hazırda oxunan: Ukrayna üçün 10.000 nəfərlik sülhməramlı qüvvə yaradılır

239619

Böyük Britaniyanın Baş naziri Kir Starmer "istəkli koalisiya" çərçivəsində keçirilən virtual görüşdə Ukrayna üçün 10.000-dən çox hərbçidən ibarət sülhməramlı qüvvələrin yaradılması planlarını müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə The Times yazır.

Hökumət rəsmilərinin məlumatına görə, Baş nazir, əvvəlcə quru qoşunları göndərməyi təklif edən üç ölkədən daha çox sayda ölkənin dəstəyini alıb. Kontingentin əsas hissəsini Böyük Britaniya və Fransa təşkil edəcək. Ümumilikdə, təxminən 35 ölkə bu missiyaya silah, logistika və kəşfiyyat dəstəyi verməyi qəbul edib.

Bu missiya Rusiya ilə Ukrayna arasında atəşkəs əldə edildiyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putinin yenidən hücum etməsinin qarşısını almağı hədəfləyir.

Starmer Rusiya liderinin gec-tez danışıqlar masasına oturmalı olacağını bildirib. O, tam atəşkəsin idarə edilməsi və monitorinqi mexanizmlərinin müzakirə edilməsinin, eləcə də davamlı sülhün təmin edilməsi üçün ciddi danışıqların aparılmasının vacibliyini vurğulayıb.

Sülhməramlı missiyanın fəaliyyətləri ilə bağlı suallara cavab olaraq, bu məsələlərin yaxın zamanda hərbi rəhbərlik tərəfindən müzakirə ediləcəyini qeyd edib

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO