Restoran və kafelərdə, dönərxanalarda mənşəyi məlum olmayan ətlərdən istifadə olunması ilə bağlı məlumatlara rast gəlirik. Xüsusilə son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxt və bölgələrdə monitornqlər aparır və bu şəkildə nöqsanlar üzə çıxır. Bakının Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən “Sərin” şadlıq evində aparılan yoxlamalar zamanı da mənşəyi məlum olmayan məhsullar aşkarlanıb.
İddialara görə bu ətlər ölkəyə idxal olunur. Həmçinin, ictimai iaşə obyektlərində ölkədə yeyilmə ənənəsi olmayan heyvanların da ətindən dana, qoyun əti adı ilə istifadə olunduğu aşkar edilir.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, ölkədə qanunvericiliyə görə heç bir ətin satışına qadağa yoxdur:
“Sadəcə olaraq, dövlət orqanları tələb edir ki, ətləri satan zaman istehlakçının məlumat almaq hüququ təmin olunsun. Ət satılarkən onun üstünə at, eşşək və digər heyvanların əti olduğu qeyd olunsun. Biz dəfələrə demişik ki, Nazirlər Kabineti və ya AQTA Azərbaycanda ənənəvi olmayan, yeyilməyən ətlərin siyahısını müəyyən etməli və onların satışı qadağan olunmalıdır.
Bizdə 1963-cü ildə dərc olunan bir kitab var, o kitabda SSRİ-na daxil olan 15 ölkədən yalnız Azərbaycanda eşşək ətinin yeməli hesab olunduğu və onun növləri, qiyməti haqqında məlumat qeyd edilib. Biz sonradan öyrəndik ki, bu kitabı ermənilər hazırlayıb. Onlar bizi vəhşi, eşşək əti yeyən xalq kimi dünyaya təqdim ediblər. Belə çıxır ki, indi də bu işlərlə məşğul olanlar həmin ermənilərin dəyirmanına su tökən adamlardır. Mütləq bəzi ətlərin satışına qadağa qoyulmalıdır”.
O bildirib ki, AQTA-nın yoxlamalarında bəzi qüsurlar var:
“Nöqsan ondan ibarətdir ki, onlar prosedur gərəyi məcburdurlar ki, əvvəlcədən yoxlamaya gedəcəklərini desinlər. Bu proses götürülməlidir. Sahibkarlığa yoxlamaların məhdudlaşdırılması siyasəti ilə biz razıyıq. Lakin qida məsələsində cəld yoxlama olmalıdır. Bu məsələdə AQTA-ya müstəsna hüquq verilməlidir ki, getdikləri yerdə xəbərdarlıq etmədən qəfil yoxlama keçirə bilsinlər. Hələ xəbərdarlıq olunanda belə nəticələr ortaya çıxır, bir də bunun xəbərdarlıq olunmadan aparılan yoxlamasını düşünün”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Dünya
08:30 / 12.03.2025
Azərbaycanda at və eşşək ətinin satışı QADAĞAN OLUNACAQ?
Hazırda oxunan: Azərbaycanda at və eşşək ətinin satışı QADAĞAN OLUNACAQ?
Hazırda oxunan: Azərbaycanda at və eşşək ətinin satışı QADAĞAN OLUNACAQ?
238800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.