İranın BMT-dəki missiyası Tehranın nüvə proqramı üzrə danışıqların bərpası perspektivlərini müzakirə etməyə hazır olduğunu bəyan edib.
Bizim.Media xəbər verir bu barədə daimi nümayəndəliyinin “X” səhifəsində bildirilib.
Eyni zamanda, iranlı diplomatlar nüvə proqramından tam imtina tələblərinin qəbuledilməzliyini vurğulayıblar:
“Əgər danışıqların məqsədi İranın nüvə proqramının potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdırsa, o zaman belə məsələlər müzakirə oluna bilər. Ancaq danışıqların məqsədi ABŞ-ın 44-cü prezidenti Barak Obamanın əldə edə bilmədiyi, yəni İranın “sülh məqsədli” nüvə proqramının ləğvi olacaqsa, o zaman belə danışıqlar heç vaxt baş tutmayacaq”.
Bu yaxınlarda ABŞ bəyan edib ki, İranın nüvə proqramı məsələsinin hərbi yolla həllini istisna etmir, lakin problemi dialoq yolu ilə nizamlanmasını istəyir.
Buna cavab olaraq İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran Tehrana qarşı maksimum təzyiq və təhdid siyasətini davam etdirdiyi müddətdə ABŞ ilə birbaşa danışıqlara getməyəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
07:45 / 10.03.2025
İran nüvə proqramı ilə bağlı ABŞ qarşısında şərt qoydu
Hazırda oxunan: İran nüvə proqramı ilə bağlı ABŞ qarşısında şərt qoydu
Hazırda oxunan: İran nüvə proqramı ilə bağlı ABŞ qarşısında şərt qoydu
238480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.