Almaniyanın paytaxtı Berlində yaşayış binasında yanğın baş verib, 16 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Berlin yanğınsöndürmə idarəsi məlumat yayıb.
Məlumata görə, Berlin şəhərinin Kreuzberg rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzil yanıb.
Hadisə yerinə 70-ə yaxın yanğınsöndürən cəlb olunub, yanğını söndürüb və ev sakinlərinin təxliyyəsinə kömək ediblər.
Zərərçəkənlərdən 4-ünün vəziyyəti ağır olduğundan xəstəxanaya çatdırılıb.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:55 / 08.03.2025
Yaşayış binasında yanğın oldu, 16 nəfər xəsarət aldı
Hazırda oxunan: Yaşayış binasında yanğın oldu, 16 nəfər xəsarət aldı
Hazırda oxunan: Yaşayış binasında yanğın oldu, 16 nəfər xəsarət aldı
238343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.