Macarıstan Aİ-yə QARŞI ÇIXDI – “Rusiyasız Avropanın təhlükəsizliyi təmin oluna bilməz”

Macarıstan Aİ-yə QARŞI ÇIXDI – “Rusiyasız Avropanın təhlükəsizliyi təmin oluna bilməz”

Hazırda oxunan: Macarıstan Aİ-yə QARŞI ÇIXDI – “Rusiyasız Avropanın təhlükəsizliyi təmin oluna bilməz”

238298

“Avropa ölkələrinin təhlükəsizliyinin təmin olunmasını Rusiyasız təsəvvür etmək mümkün deyil”.

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Avropanın uzunmüddətli təhlükəsizliyinin Rusiyanı bu məsələ ilə bağlı müzakirələrdən kənarlaşdırmaqla əldə oluna biləcəyini düşünmək böyük səhv olardı”, - o vurğulayıb.

Siyartonun sözlərinə görə, Avropa təkbaşına Ukraynaya yardımın öhdəsindən gələ bilməyəcək:

“ABŞ Kiyevə tədarükün dayandırılması variantını seçib, çünki Ağ Ev münaqişənin sülh yolu ilə həll olunmasını istəyir”.

Xatırladaq ki, Aİ-yə üzv ölkələrin rəhbərlərindən yalnız Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya maliyyənin davam etdirilməsi ilə bağlı bəyanatı imzalamaqdan imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO