19 ildir sürücü işlədiyi bələdiyyənin sədri oldu - FOTO

19 ildir sürücü işlədiyi bələdiyyənin sədri oldu - FOTO

Hazırda oxunan: 19 ildir sürücü işlədiyi bələdiyyənin sədri oldu - FOTO

237876

Türkiyənin Zonguldak vilayətinin Ereğli mahalına bağlı Gülüç Bələdiyyəsində illərlə çalışan Sadık Rəcəb Kara bələdiyyə sədri seçilib.

Bizim.Media xəbər verir ki, 19 il rəsmi sürücü, ümumilikdə 27 il bələdiyyədə işləyən Kara fevralın 12-də keçirilən seçkidə 8 səs toplayaraq vəzifəyə təyin olunub.

İYİ Partiya məclis üzvlərinin dəstəyini qazanan Kara xalq üçün çalışacağını və 4 il sonra yenidən namizəd olacağını bildirib.
 

"Xalqın içindən gəlirik və onların problemlərini yaxşı bilirik" deyən Kara bələdiyyənin bütün imkanlarını vətəndaşların xidmətinə səfərbər edəcəyini vurğulayıb.


Kara səlahiyyət müddətində xalq tərəfində olacağını və qapısının daim onlara açıq olacağını bildirib. (milli.az) 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO