Trampın Konqresdən XAHİŞİ: “Qızıl Qübbə”ni yaratmaq üçün maliyyə ayırın” – VİDEO

Trampın Konqresdən XAHİŞİ: “Qızıl Qübbə”ni yaratmaq üçün maliyyə ayırın” – VİDEO

Hazırda oxunan: Trampın Konqresdən XAHİŞİ: “Qızıl Qübbə”ni yaratmaq üçün maliyyə ayırın” – VİDEO

237731

“Biz gələcəyin ən güclü ordusunu qurmaq istəyirik”.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp konqresdəki çıxışında səsləndirib.

“Mən Konqresdən vətənimizi qorumaq üçün ABŞ-də istehsal olunan ən müasir “Qızıl Qübbə” raketdən müdafiə sisteminin maliyyələşdirməsini xahiş edirəm. Ronald Reyqan bunu etmək istəyirdi, amma onda texnologiya hazırki səviyyədə deyildi. İndi bunu edəcək texnologiyamız var”, - deyə, qeyd edib.

ABŞ Prezidenti sözügedən sistemin İsraildə olduğunu da vurğulayıb.

"Bizdə bu sistem olmalıdır. Çünki biz qorunmaq istəyirik. Biz müdafiə sənayesi bazamızı gücləndirib, vətəndaşlarımızı heç vaxt olmadığı qədər qoruyacağıq”, - deyə Tramp əlavə edib.
Xatırladaq ki, Tramp ötən ay “Dəmir Qübbə” milli raketdən müdafiə sisteminin inkişafı haqqında sərəncam imzalayıb.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO