“Ukrayna istənilən vaxt nadir torpaq metalları üzrə saziş imzalamağa hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı deyib.
O, Ukrayna prezidenti Volodimir Zelenskinin amerikalıların köməyinə görə minnətdarlığını ifadə etdiyi məktubundan söz açıb və qeyd edib ki, Ukrayna ABŞ-ın rəhbərliyi altında uzunmüddətli sülhə hazırdır:
"Rusiya ilə də ciddi danışıqlar apardıq və onların sülhə hazır olduqlarına dair güclü siqnallar aldıq".
Xatırladaq ki, fevralın 28-də Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü gərginliklərlə yadda qalıb. Tərəflər arasında baş verən mübahisədən sonra Zelenski nadir mineral ehtiyatlar haqqında sazişi imzalamadan Ağ Evi tərk edib. Bəzi mənbələr Ukrayna liderinin Tramp tərəfindən Ağ Evdən qovulduğunu yazıb.
Bizim.Media