NATO-nun Baltik dənizində ən böyük hərbi təlimləri olan “Baltops 2021”ə start verilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Almaniya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
NATO Rusiyanın qulağının dibində - MÜHARİBƏ İMİTASİYASI
Mənbə bildirir ki, təlimlərdə 16 NATO ölkəsi, eləcə də İsveç və Finlandiya iştirak edir. İyunun 18-dək davam edəcək hərbi təlimlərə 40 dəniz bölməsi, 60 təyyarə və 4 min hərbçinin qatıldığı deyilir.
Xatırladaq ki, 1971-ci ildən ənənəvi olaraq təşkil edilən təlimlərin təşəbbüskarı ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropadakı komandanlığıdır.
Bizim.Media