“Mimino” filminin ssenari müəllifi dünyasını dəyişdi - FOTO

“Mimino” filminin ssenari müəllifi dünyasını dəyişdi - FOTO

Hazırda oxunan: “Mimino” filminin ssenari müəllifi dünyasını dəyişdi - FOTO

23765

Tanınmış gürcü ssenarist, teatr və film rejissoru, rəssam Rezo Qabriadze vəfat edib.

Bizim.Media xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

R.Qabriadze 1936-cı ildə Kutaisi şəhərində anadan olub. O, “Ne qoryuy”, “Mimino”, “Kin dza dza” da daxil olmaqla, 35-dən çox filmin ssenari müəllifi olub.

1981-ci ildə R.Qabriadze Tbilisi Marionet Teatrını yaradıb. Teatr onun adını daşıyır.

O, SSRİ Dövlət mükafatçısı (1989), “Nika”, “Triumf”, “Qızıl maska” (Rusiya) mükafatlarının sahibidir, həmçinin Fransanın İncəsənət və Ədəbiyyat ordeninin kavaleri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO