İsrailin gizli planı ÜZƏ ÇIXDI – “İrana zərbələr endiriləcək” – EKSKLÜZİV

İsrailin gizli planı ÜZƏ ÇIXDI – “İrana zərbələr endiriləcək” – EKSKLÜZİV

Hazırda oxunan: İsrailin gizli planı ÜZƏ ÇIXDI – “İrana zərbələr endiriləcək” – EKSKLÜZİV

237582

“Benyamin Netanyahu koalisiyasının ultra-sağ qanadı, İranın nüvə problemini hərbi yolla həll etməyə çağırır və bu istiqamətdə İranın bütün nüvə obyektlərinə raket-bomba zərbələri endirilməsini təklif edir. Bu, İranın nüvə proqramını bir neçə il geri atmağa imkan verər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq, siyasi elmlər namizədi, "Aziznews.com" saytının redaktoru Yuri Boçarov deyib.

“Yalnız ABŞ-ın dəstəyi ilə mümkündür”.

ABŞ prezidenti Donald Trampın İsraillə münasibətlərini, müttəfiqliyin İrana qarşı mümkün zərbələrini şərh edən analitik hesab edir ki, İsrail İrana qarşı zərbələr endirəcək. Lakin o, bunu Amerikasız edə bilməz.

“Üstəlik, son iki hücumdan sonra məlum olub ki, İsrail Hava Qüvvələri hər hansı bir obyekti, onun hava hücumundan müdafiə sistemini “baypass” edərək və ya onu məhv edərək vura bilər. Lakin belə bir kütləvi hava hücumu yalnız ABŞ-ın dəstəyi ilə mümkün ola bilər. Bu hücumun nəticələri isə indiki vaxtda proqnozlaşdırıla bilməz. Şübhəsiz, İran cavab verəcək və bu, regionu yeni bir müharibəyə sürükləyə bilər”.

Tramp İrana müvəqqəti güzəştlər edəcək:

“Həmçinin qeyd etmək lazımdır ki, Donald Tramp öz tərzində bəyan edib ki, İranda nüvə proqramı olmayacaq. Burada iki mümkün ssenari nəzərdən keçirilə bilər. İlk mərhələdə Tramp ya İrana təzyiq göstərəcək, ya da onun proqramını dayandırmaq üçün sanksiyaları qaldırmaq və ya əlavə sanksiyalar tətbiq etmək şərti ilə danışıqlar aparacaq. Lakin hər halda, bu, ABŞ-ın diplomatik və iqtisadi imkanlarına əsaslanan təzyiq və ticarət siyasəti olacaq. İranın bəyanatlarına əsasən, o, bu layihəni nəzərdən keçirməyə hazırdır”.

Politoloq əlavə edib ki, İsrailin İrandan daha önəmli məsələləri var:

“Qərbin də İrana yumşaq münasibəti fonunda yaxın gələcəkdə gərginlik gözlənilmir. Əgər İran iqtisadi üstünlüklər əldə edərsə, təbii ki, nüvə proqramını bir neçə il təxirə salmağa razı olacaq. Üstəlik, İran rəhbərliyi bildirib ki, nüvə proqramını dondursa, heç bir problem olmayacaq, çünki istədiyi zaman onu bərpa edə bilər. Buna görə də yaxın gələcəkdə İsrailin İran üzərinə hərbi hücum etməsi ehtimalı azdır, çünki hazırda İsrail daha təcili məsələlər – Qəzza sektorundakı vəziyyəti həll etməklə məşğuldur. Beləliklə, ən azı yaxın perspektivdə İsrail-İran-Amerika qarşıdurması gözlənilmir”, - Yuri Boçarov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO