Dünyada vurulan COVID vaksinlərinin sayı AÇIQLANDI

Dünyada vurulan COVID vaksinlərinin sayı AÇIQLANDI

Hazırda oxunan: Dünyada vurulan COVID vaksinlərinin sayı AÇIQLANDI

23756

Dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının sayı 2 milyard 120 milyonu ötüb.

Bizim.Media vaksinasiyanın statistikasını aparan "Ourworldindata.org" saytına istinadla xəbər verir ki, hazırda Çin 763 milyon 70 min doza ilə dünyada liderlik edir. İkinci və üçüncü yerlərdə qərarlaşan ABŞ-da 300 milyon 270 min, Hindistanda 231 milyon 322 min doza peyvənd vurulub.
 

MÖVZU İLƏ BAĞLI:

“Sinovac” 3 yaşlı uşaqlara da vurulacaq


İlk onluğa, həmçinin Braziliya (71 milyon 430 min), Böyük Britaniya (67 milyon 280 min), Almaniya (54 milyon 240 min), Fransa (39 milyon 570 min), İtaliya (37 milyon 670 min), Meksika (34 milyon 460 min) və Rusiya (30 milyon 610 min) daxildir.

Əhalinin hər 100 nəfərinə düşən vaksin dozalarının miqdarına görə isə dünya üzrə ilk beşlikdə Seyşel Adaları (136,74), Birləşmiş Ərəb Əmirlikləri (134,41), San-Marino (126,51), Malta (123,80) və İsrail (122,39) yer alırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO