İtaliyanın Baş naziri Ciorcia Meloni “Avropanın müdafiəsi və Ukrayna” mövzusunda Londonda keçirilən sammitdən öncə Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə görüşüb və mühüm açıqlamalar verib.
Bizim.Media “Euronews”a istinadən xəbər verir ki, C.Meloni İtaliya və Böyük Britaniyanın ABŞ və Avropa arasında körpülər quraraq münasibətləri gücləndirə biləcəyini deyib.
O, xüsusilə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan gərgin görüşdən sonra yaranan fikir ayrılıqlarına toxunub.
“Düşünürəm ki, Qərbin parçalanma riskindən qaçmaq olduqca vacibdir. Bu məsələdə Böyük Britaniya və İtaliya mühüm rol oynaya bilər. Mən ABŞ və Avropa liderləri arasında görüş keçirməyi təklif etmişəm, çünki parçalansaq, hamımız daha zəif olarıq”, – deyən C.Meloni Qərb ölkələrinin vahid mövqedən çıxış etməsinin önəmini vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:41 / 02.03.2025
Meloni Starmer ilə görüşdə: “Parçalansaq, hamımız daha zəif olarıq”
Hazırda oxunan: Meloni Starmer ilə görüşdə: “Parçalansaq, hamımız daha zəif olarıq”
Hazırda oxunan: Meloni Starmer ilə görüşdə: “Parçalansaq, hamımız daha zəif olarıq”
237356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.