ABŞ prezidenti Donald Trampla mübahisədən sonra Ukrayna lideri Vladimir Zelenski Amerikanın “Foks Nyus” telekanalında çıxış edib.
Bizim.Media xəbər verir ki, Trampdan üzr istəməyi planlaşdırıb-planlaşdırmadığı ibarədə suala Zelenski deyib ki, özünü günahkar hiss etmir:
"Mən prezidentə və Amerika xalqına hörmət edirəm. Düşünmürəm ki, biz səhv bir şey etməmişik".
Tramp və vitse-prezident Venslə mübahisəyə görə peşman olub-olmaması ilə bağlı suala cavabında Ukrayna lideri etiraf edib ki, “bu heç yaxşı olmadı”.
Amma eyni zamanda o vurğulayıb ki, Trampla münasibətləri iki prezident arasındakı münasibətdən yüksək olmalıdır: “Çünki söhbət xalqlarımız arasındakı münasibətlərdən gedir”.
Ağ Evə qayıtmağa hazır olub-olmadığıı soruşulduqda, Zelenski “xeyr” cavabını verib.
"Mən Trampa və ABŞ xalqına köməyə görə minnətdaram. Siz bizim sağ qalmağımıza kömək etdiniz. ABŞ-ın dəstəyi olmadan bizim üçün çətin olacaq. Ona görə də buradayam", - Zelenski deyib.
Ukrayna prezidenti qeyd edib ki, o, ABŞ ilə yaxşı tərəfdaşlığı itirmək istəmir, lakin eyni zamanda yeni hərbi yardım paketlərinin olmamasından şikayətlənib:
“Biz ABŞ-dan kifayət qədər yeni dəstəyi görmürük".
Zelenski vurğulayıb ki, ukraynalılara Rusiyanın pozacağı atəşkəs deyil, uzunmüddətli sülh lazımdır.
"Heç kim müharibənin bitməsini biz ukraynalılar qədər istəmir. Amma sülh təkcə müharibənin olmaması deyil", - deyə Zelenski ənənəvi olaraq respublikaçılar tərəfindən çox hörmət edilən ABŞ prezidenti Ronald Reyqandan sitat gətirib.
Ukrayna lideri qeyd edib ki, o, sadəcə olaraq ukraynalılara təcavüzkara müqaviməti dayandırmağı əmr edə bilməz.
"Heç kim dayanmayacaq, çünki hamı Putinin sabah qayıdacağından qorxur", - o qeyd edib.
Zelenski ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyi təqdirdə Rusiya ilə diplomatiyaya açıq olduğunu bildirib.
"Ruslar evlərimizə gəldilər, hamı onların etdiklərini videoda gördü. Putinin havalı oğlan olduğunu söyləmək üçün? Təbii ki, bunu heç kim unutmayacaq, amma bir daha təkrarlanmamasını istəyirik. Ona görə də bizə təhlükəsizlik zəmanəti lazımdır", - o deyib.
Prezident qeyd edib ki, Ukrayna mineral ehtiyatlar üzrə saziş imzalamağa hazırdır. Onun fikrincə, bu sövdələşmə Amerika zəmanətləri istiqamətində ilk addım ola bilər.
Eyni zamanda, Zelenski vurğulayıb ki, Avropanın da ABŞ-dan müəyyən təhlükəsizlik təminatlarına ehtiyacı var ki, Avropa sülhməramlı qüvvələri müharibə başa çatdıqdan sonra Ukraynada yerləşdirilə bilsin.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:28 / 01.03.2025
Zelenski Trampdan üzr istəməyəcək - AÇIQLAMA
Hazırda oxunan: Zelenski Trampdan üzr istəməyəcək - AÇIQLAMA
Hazırda oxunan: Zelenski Trampdan üzr istəməyəcək - AÇIQLAMA
237111
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.