Yəməndə husilərin atdığı raket 17 nəfərin ölümünə səbəb oldu

Yəməndə husilərin atdığı raket 17 nəfərin ölümünə səbəb oldu

Hazırda oxunan: Yəməndə husilərin atdığı raket 17 nəfərin ölümünə səbəb oldu

23699

“Ansar Allah” hərəkatına daxil olan üsyançı husilərin Yəmənin Marib şəhərinə atdığı raket zərbələri nəticəsində azı 17 nəfər həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb. Raketlərdən birinin yanacaqdoldurma məntəqəsinin yaxınlığına düşdüyü bildirilir.

Hadisənin tam təfərrüatları barədə məlumat verilməyib.

Qeyd edək ki, husilər Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin ordu qərargahının yerləşdiyi Marib şəhərini öz nəzarətinə keçirmək məqsədilə ötən aylardan bölgəyə davamlı hücumlar təşkil edir. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO