“Türkiyə Rusiyanın situasiya müttəfiqi deyil, düşmənidir” – Rusiyalı politoloq Semyon Bağdasarov 

“Türkiyə Rusiyanın situasiya müttəfiqi deyil, düşmənidir” – Rusiyalı politoloq Semyon Bağdasarov 

Hazırda oxunan: “Türkiyə Rusiyanın situasiya müttəfiqi deyil, düşmənidir” – Rusiyalı politoloq Semyon Bağdasarov 

23684

Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru, rusiyalı ekspert Semyon Bağdasarov hesab edir ki, Türkiyə-Azərbaycan tandemi Ermənistanı tamamilə "əzməyə" müvəffəq olarsa, Rusiya üçün bu, bütün Cənubi Qafqazın itkisi deməkdir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb.

Bağdasarovun fikrincə, zəif Ermənistanla bütün Cənubi Qafqaz bölgəsi Türkiyənin nəzarətində olacaq və bunun Ermənistan üçün necə sona çatacağı açıq şəkildə göz qabağındadır. 

Bağdasarov pravoslav Gürcüstan bölgələrini misal gətirib:

“Bu vəziyyətdə, Türkiyə və Azərbaycan Ermənistanın zəifliyindən istifadə edir, uzaq məqsədlərini gizlətmirlər, minimum karbohidrogenlərini Zəngəzur dəhlizi ilə daşımaq imkanlarını əldə etməyə çalışırlar. Maksimum vəzifələri isə Ermənistanı məhv etməkdir”.

Bağdasarovun sözlərinə görə, Türkiyə və Azərbaycan indiki situasiyadan maksimum fayda qazanmaq üçün fəal şəkildə əməkdaşlıq edir, Nikol Paşinyan isə Ermənistanda hakimiyyətdədir:

“Güclü lider seçilsə belə, Ermənistan  Rusiyanın köməyi olmadan üzləşdiyi çətinliklərin öhdəsindən gələ bilməyəcək”.

Erməni sərhədindəki insidentlər mövzusuna toxunan rusiyalı politoloq Azərbaycan-Türkiyə tandeminin dayanmayacağını və oxşar hərəkətləri davam etdirəcəyini deyib.

O, hesab edir ki, Azərbaycan-Türkiyə tandeminin ara hədəflərindən biri Ermənistanı İrandan ayırmaqdır:

“İran bu gün təkcə Cənubi Qafqazda deyil, ümumiyyətlə hər yerdə zəifləyib. Hazırda müəyyən vəziyyətlərdə sərtliyi, lazım olan siyasi iradəsi yoxdur. İran Türkiyənin bölgədə güclənmə təhlükəsini yaxşı bilir, lakin bu günə qədər açıqlamalarından savayı başqa bir şey görmürük. Bütün prioritetləri Baydenin sanksiyalarını ləğv etməklə əlaqədardır, digər bütün məsələlər arxa plana keçib”.

Rusiyaya gəlincə, politoloqun fikrincə, Türkiyədən gələn təhlükəni az qiymətləndirirlər:

“Cənubi Qafqazın itirilməsi rəsmi Moskvanın bütün cənubunu təhdid edə bilər. Bu gün Rusiyada Türkiyəni situasiya müttəfiqi adlandırırlar, amma bu, belə deyil, Ankara Moskvanın düşmənidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO